İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərlərin valideynlərinə müraciət etdi

Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərlərin valideynlərinə müraciət etdi

04.03.2015

Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın bəyanatı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Xocalıda, digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin, öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur: “Yüzlərlə uşaqları qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir.

Bu gün və illərdir S.Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağılasığmaz təkəbbürünün əvəzini erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir.

Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız”.

Qeyd edək ki, fevralın 28-də işğal edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbçilərinin martın 3-də keçirilən dəfn mərasimində çıxış edən Ermənistanın Müdafiə naziri Seyran Ohanyan Azərbaycanın ünvanına hədə-qorxu və təhqirəmiz ifadələrlə dolu fikirlər söyləyib.