İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir"

04.03.2015

Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və prezidentlər səviyyəsində də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına yönəldilmiş vasitəçiliyi ilə danışıqları dəstəkləyir. Bunu Trend-ə Aİ-nin mətbuat xidmətindən strukturun münaqişənin nizamlanmasındakı rolunu şərh edərkən deyiblər.

Aİ-nin mətbuat xidmətindən bildiriblər: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir və mövcud status-kvo qəbuledilməzdir”.