İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Şuşadan gələn alman jurnalist: “Dağlıq Qarabağda ümidsizlik gördüm”

Şuşadan gələn alman jurnalist: “Dağlıq Qarabağda ümidsizlik gördüm”

04.03.2015

Almaniyanın “Spiegel” jurnalının keçmiş müxbiri, hazırda politoloq və publisist kimi tanınan Rixard Kissler Dağlıq Qarabağa – Xocalı və Şuşaya etdiyi səfərlərin təəssüratını bölüşüb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Cənubi Qafqazda təhlükəsizlik və stabilliyə həsr olunan simpoziumda çıxış edən Kissler Xocalıda olarkən orada ermənilərin ağır və gələcəyə ümidsiz şəkildə yaşadıqlarını görüb: “Mən bu şəhərdə, Xocalıda olmuşam. Sizə deyə bilərəm ki, bu çox acınacaqlı, qəmli mənzərədir. Ətrafı bürümüş dağıntılar arasında şəhərə köçmüş erməniləri görmək olur. Xocalıdakı faciə ilə bağlı onlara bəzi suallar verməyə imkanım olub. Ya onlar bu barədə heç nə eşitmək istəmir, ya da böyük həvəslə Azərbaycan ordusunun öz soydaşlarını güllələdiyini deməklə faciənin reallığını təhrif edirdilər”.

Kissler sonra Şuşaya səfərinin təəssüratlarını bölüşüb: “Əgər siz Xocalıdan irəli getsəniz, Şuşanı - kimsəsiz məscidi, dağılmış vəziyyətdə olan kitabxanası olan şəhəri görə bilərsiniz. Ümumiyyətlə, mən Dağlıq Qarabağda heç bir müsbət iqtisadi dəyişiklik görmürəm. Ora heç kim pul yatırmır: ermənilərin pulu yoxdur, Rusiya isə bu məsələyə qarışmır”. 

Sonda Rixard Kissler təbiətinin gözəlliyi ilə doğma vətəni Şvartvalda  bənzətdiyi Dağlıq Qarabağda ermənilərin ümidsiz yaşadıqlarını deyib: “Dağlıq Qarabağ gözəl regiondur və bir alman kimi mənə öz landşaftı ilə Şvartsvaldı xatırladır. Lakin orada ümidsizlik atmosferi hökm sürür”.