İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatıq

Rusiya XİN: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatıq

05.03.2015

"Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatdır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, son vaxtlar qoşunların təmas xəttində atəşkəs rejimi mütəmadi olaraq pozulub: "Martın 1-nə olan son məlumata görə, atəşkəs rejimi növbəti dəfə pozulub. Təəssüf ki, itkilər var. Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik qoşunların təmas xəttində monitorinq keçirib. O, bununla bağlı xüsusi məruzə hazırlayacaq. Hesab edirəm ki, mövcud vəziyyətlə əlaqədar daha ətraflı məlumatı ATƏT-in monitorinq keçirən nümayəndələrindən almaq olar".

Diplomat tərəfləri gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb: "Tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına riayət etməyə çağırırıq".