İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Daha bir ABŞ konqresmenindən Xocalı faciəsi ilə bağlı bəyanat

Daha bir ABŞ konqresmenindən Xocalı faciəsi ilə bağlı bəyanat

10.03.2015

ABŞ konqresmeni Stiv Kohen Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Konqresdə bəyanatla çıxış edib. O, Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 1992-ci il fevralın 26-da 600-dən çox mülki şəxsin qətlə yetirildiyini bildirib.

S.Kohen atəşkəsin əldə edilməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü qeyd edib.

Stiv Kohen Azərbaycanın çox çətin qonşuluqda təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstandakı əməliyyatına mühüm töhfəsini xüsusi vurğulayıb.

Konqresmen bəyanatında Azərbaycanın aparıcı rol oynadığı “Cənub” qaz dəhlizinin inşasının Avropa üçün önəmli alternativ təşkil edəcəyini bildirib. Habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini vurğulayıb.

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri olan Stiv Kohen dünya azərbaycanlılarının Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdiyi bir vaxtda Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC