İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞPA komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb

AŞPA komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb

12.03.2015

Avropa Şurası Parlament Assmableyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, iki günlük səfər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədi daşıyır.

Səfər zamanı R. Valter Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziriElmar Məmmədyarov, parlamentin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov və müdafiə naziri Zakir Həsənovla görüşəcək. Onun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ məsələsi ilə məşğul olan vətəndaş cəmiyyəti üzvləri ilə görüşləri də planlaşdırılıb.