Mövzuya dair digər materiallar:
Ərazilərimizi işğal edən və öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb
Azərbaycan XİN münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır
Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
Serj Sarkisyan istefaya gedib
Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb
RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
12.03.2015
Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində cəbhə xəttində Ermənistan tərəfindən təxribat əməllərinə yol veriləcəyi, bölgədə vəziyyətin gərginləşməsinə cəhdlər göstəriləcəyi istisna edilmir.
Belə bir bəyanatla Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı çıxış edib.
Nazirliyin sözçüsü qeyd edib ki, belə bir təcrübə cəbhə xəttində dəfələrlə müşahidə edilib: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri istər özlərinin guya soyqırıma məruz qaldığı günlərin “ildönümləri”ndə, istər bizim üçün əlamətdar olan günlərdə həm işğal olunmuş ərazilərdə, həm də Azərbaycanla sərhəddə dəfələrlə cəbhə xəttində təxribat aktları törətməyə cəhd edib və hər dəfə də düşmən layiqli cavabını alaraq geri oturdulub. Müdafiə Nazirliyi bəyan edir ki, cəbhədə düşmənlə üz-üzə dayanan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ətrafda cərəyan edən hadisələrdən asılı olmayaraq hər zaman ayıq-sayıqdırlar və onlara layiqli cavab verməyə hazırdırlar. Avropa Oyunları zamanı cəbhədə bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq. Əgər belə bir hal olarsa, tərəfimizdən görüləcək cavab tədbirləri sərt və qətiyyətli olacaq!”
Qeyd edək ki, 12-28 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunları keçiriləcək.