İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır

XİN: Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır

13.03.2015

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolteri qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu qeyd edərək, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə maneə yaratğını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.