Mövzuya dair digər materiallar:
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır
Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir
BMT Baş Assambleyasının sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun rolu barədə
16.03.2015
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması aprelin 20-24-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında gündəmə gətiriləcək. Bu barəd Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev qeyd edib ki, separatçı rejimin bu “qərar”ı gülməlidir: “Bizim soydaşlarımız qeyri-qanuni saxlanılıblar. Qondarma “məhkəmə” yaradıblar, “hökm” çıxarıblar, özləri də “apelyasiya” veriblər. Bunlar hamısı qeyri-ciddi və tamamilə hüquqdankənar hərəkətlərdir. Təbii ki, biz bu məsələni AŞPA-da səsləndirəcəyik”.
Millət vəkili əlavə edib ki, Azərbaycanın marağında olan digər məsələlər də nümayəndə heyəti tərəfindən qaldırılacaq: “Hər sessiya zamanı, sessiyalararası komitələrin iclasları zaman Azərbaycanın marağında olan məsələlər daim gündəmə gətirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Sərsəng su anbarı, təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejmini tez-tez pozması ilə bağlı məsələlərin AŞPA-da gündəmə gətirilməsi və bu məsələlərlə bağlı ədalətli mövqeyin ortaya qoyulması ətrafında işimizi davam etdirəcəyik”.