İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Yohannes Han: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ danışıqlarına yardım göstərir”

Yohannes Han: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ danışıqlarına yardım göstərir”

18.03.2015

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi brifinqdə Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bəyan edib.

“Status-kvo”nun qəbuledilməz olduğunu deyən diplomat qeyd edib ki, danışıqların əsas məqsədi problemin sülh yolu ilə nizamlanmasına nail olmaqdır. O həmçinin əlavə edib ki, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında prezidentlər səviyyəsində dialoqun davam etdirilməsini stimullaşdırır.

Y. Han tərəfləri atəşkəs rejiminə əməl etməyə, münaqişənin həlli üçün lazım olan atmosferi yaratmağa çağırıb.