İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə Nazirliyi: Düşmən səngərlərindəki hədəflərə cavab zərbələri endirilib

Müdafiə Nazirliyi: Düşmən səngərlərindəki hədəflərə cavab zərbələri endirilib

24.03.2015

Trend:

Son vaxtlar cəbhədə uğursuzluğa düçar olan və çoxsaylı itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri son sutka ərzində qoşunların təmas xəttində vəziyyəti daha da gərginləşdirmək məqsədilə 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan tərəfi cavab tədbirləri məqsədilə düşmən səngərlərindəki hədəflərə və atəş nöqtələrinə daha üstün və iri çaplı silahlardan zərbələr endirib.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcəkdir.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir itki yoxdur. Bütün cəbhə boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.