İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanda keçirilən beynəlxalq mediaforumun iştirakçıları Dağlıq Qarabağa qanunsuz səfər ediblər

Ermənistanda keçirilən beynəlxalq mediaforumun iştirakçıları Dağlıq Qarabağa qanunsuz səfər ediblər

25.03.2015

Ermənistan paytaxtında 18-23 mart tarixlərində keçirilən beynəlxalq mediaforumun iştirakçıları Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa qanunsuz səfər ediblər. APA-nın “kavkaz-uzel.ru” saytına istinadən verdiyi məlumata görə, uydurma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş forumun 30 iştirakçısı işğal altındakı Azərbaycan torpaqlarına 3 günlük tur həyata keçiriblər. Dağlıq Qarabağa səfər çərçivəsində onlar separatçı rejimin rəhbərliyi ilə görüşüblər və muzeylərə, fabriklərə baş çəkiblər.

Qanunsuz səfərdə iştirak edən jurnalistlər arasında Rumıniyanın “Adevarul” qəzetinin jurnalisti Yelena Dumitru, Rusiyanın “Arqumentı i faktı” qəzetinin jurnalisti Aleksandr Kolesniçenko, “Çexiya radiosu”nun aparıcısı Monika Xorsakovanın adları çəkilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, işğal olunmuş torpaqlara qanunsuz səfər edən jurnalistlərlə bağlı müvafiq tədbirlər görüləcək: “Jurnalistlərin Azərbaycan dövlətinin razılığı olmadan onun işğal olunmuş ərazilərinə səfəri ölkənin "Dövlət sərhədi haqqında" qanununu pozmaq deməkdir. Dünyadakı əksər ölkələrin xarici siyasət idarələri vətəndaşlarına bu kimi qanunsuz səfərlərdən çəkinmək barədə xəbərdarlıq edib. İşğal altındakı ərazilərə səfər edən şəxslər öz təhlükəsizliklərini də nəzərə almalıdırlar. Orada müharibə vəziyyətinin hökm sürməsi ilə bərabər, insan alveri, silah qaçaqmalçılığı, narkotik vasitələrin istehsalı və tranziti, terrorçu hazırlığı və digər qanunsuz fəaliyyətlər də həyata keçirilir”.