İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi: “Ermənistan işğal etdiyi ərazilərin demoqrafik, tarixi və mədəni mahiyyətini dəyişmək üçün sistemli siyasət yürüdür”

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi: “Ermənistan işğal etdiyi ərazilərin demoqrafik, tarixi və mədəni mahiyyətini dəyişmək üçün sistemli siyasət yürüdür”

27.03.2015

“Təəssüf ki, bir milyondan çox etnik azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı olaraq qalır”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı beynəlxalq Konvensiyanın qəbulunun 50 illiyi ilə əlaqədar ATƏT Daimi Şurasına göndərdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd edilir ki, təxminən 250 min azərbaycanlı Ermənistan ərazisindən çıxarılıb və yüz minlərlə azərbaycanlı məcburi şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından qovulub: “Bunun nəticəsi olaraq işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim yaradılıb. Ermənistan məcburi köçkün olmuş Azərbaycan əhalisini təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtmaq hüquqlarından məhrum edir, işğal olunmuş ərazilərin demoqrafik, tarixi və mədəni mahiyyətini dəyişmək üçün sistemli siyasət yürüdür”.

Sənəddə deyilir ki, irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı beynəlxalq Konvensiyanın qəbulunun 50 illiyi ərəfəsində Azərbaycan tərəfiATƏT ictimaiyyətinin etnik nifrət və irqi ayrı-seçkiliyə əsaslanan dözümsüzlüyün nümayişinə qatlaşmayacağına inanır: “Bu baxımdan biz Ermənistanı bir daha azərbaycanlı qaçqınların və məcburi köçkünlərin əsas humanitar hüquqlarından imtina etmək siyasətini dayandırmağa, öz qoşunlarını beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarından geri çəkməyə və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması üçün təhlükəsiz şərait yaratmağa çağırırıq. HəmçininATƏT-ə üzv ölkələri Ermənistan tərəfini buna razı salmağa səsləyirik”.