İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Pakistan ermənilərin qondarma siyasətini pisləyən bəyanat verdi

Pakistan ermənilərin qondarma siyasətini pisləyən bəyanat verdi

30.03.2015

Pakistan İslam Respublikası Senatının müdafiə komitəsi Azərbaycan ilə Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və ermənilərin saxta “seçkilərini” tanımayan bəyanat verib.

Səfirlikdən Trend-ə bildiriblər ki, bəyanatda, Pakistan Senatının Müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 03 may, 2015 tarixində separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri qəti şəkildə pisləndiyi bildirilmişdir.

Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir: "Ermənıstanın qanunsuz işğalını tam pisləyir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmasını tam dəstəkləyir. Qanunun aliliyi təmin edilməli, işğal dayandırılmalıdır".

Bəyanatda, eyni zamanda vurğulanıb ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal olunmuş ərazilərdən olan azərbaycanlılar ilə həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir.