İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

31 mart - Birləşdirən kədər günü

31 mart - Birləşdirən kədər günü

31.03.2015

Mart ayının son günləri Bakıda baş vermiş faciənin 97-ci ildönümüdür. 1918-ci il martın 30-u ilə 2 aprel arasında eməni millətçiləri bolşeviklərlə birlikdə qadınlar və uşaqlar da daxil Bakıda və onun ətrafında müsəlman-azərbaycanlı əhalisni qətliam ediblər.

Qatillər azlıqda olsalar da, yaxşı silahlanmışdılar. Erməni və bolşevik birləşmələrinin şəhərin küçələrində atəş açdıqları bir vaxtda, bolşeviklərin nəzarətində olan Bakı portunda lövbər atmış gəmiçilər şəhərin müsəlmanlar yaşayan məhəllələrini dənizdən topa tuturdular.

Şəhərin müsəlman hissəsi talan edilmiş və yandırılmışdı. Bu kütləvi qırğın minlərlə azərbaycanlının canlarını xilas etmək üçün Bakını tərk etməsi ilə tammiqyaslı etnik təmizləməyə çevrilmişdi.

Azərbaycanlılar öz vətənlərində qaçqına çevrilmişdilər. 1918-ci ilin bütün yazı və yayı ərzində onlar ölkə ərazisinə səpələnmişdilər. Şəhərdəki Britaniya və İran konsulluqları burada ermənilər və bolşeviklər tərəfindən törədilən etnik təmizləmənin şahidi olmuş və qeydiyyatını aparmışdılar.

Müsavata hücum

Tezliklə müsəlmanların Bakıda qətliam edilməsi xəbəri Türkiyəyə, İrana və Mərkəzi Asiyaya çatdı və buradakı ictimaiyyət arasında hiddət doğurdu. Kütləvi qırğınlar dörd gün, dörd gecə sürsə də, qətllər növbəti aylar ərzində də davam etmişdi. Azərbaycanıların qətliamı tək Bakı ilə məhdudlaşmamışdı.

Erməni bandaları həm də Bakının yaxınlığındakı kəndlərə və şəhərlərə hücum etmiş, ətraf əraziləri aylar ərzində terrora məruz qoymuşdular. Yalnız 1918-ci ilin sentyabrında, müzəffər Qafqaz Müsəlman Ordusunun (Osmanlı-türk nizami ordusu və Azərbaycan səfərbərlərinin birləşməsi) piyadaları, artilleriya və süvariləri şəhəri geri aldıqdan sonra, minlərlə müsəlmanın Bakıdakı evlərinə qayıtması mümkün olmuşdu.

Mart günlərinin qeyd olunması o günlərin qəm və kədərinin, habelə qurbanların yad edilməsi üçün mühümdür. Lakin bununla belə, 1918-ci ilin mart günləri o vaxt heç də təkcə 11 min günahsız azərbaycanlının qətliam edildiyinə görə mühüm deyildir. Çünki mart günləri təkcə müsəlman azərbaycanlıların öz doğma şəhərlərində etnik təmizləməyə məruz qalması zamanı deyil, həm də müstəqil Azərbaycan üçün mübarizə aparan və Azərbaycanın ziyalı və vətənpərvərlərini birləşdirən Müsavat siyasi partiyası üzərinə hücum zamanı olub.

Artıq 1918-ci ilədək Müsavat güclü siyasi təşkilat kimi Bakıdakı azərbatcanlıların güclü dəstəyinə malik idi. Bolşeviklər və ermənilər Müsavatı bu regionda özlərinin əsas rəqibi hesab edirdilər. Minlərlə günahsız azərbaycanlının Bakıda qətliam edilməsi siyasi məqsədlərə hesablanmışdı. Bu qətliam Azərbaycan milli hərəkatını və onun bayraqdarı olan Müsavatı kövrək bir tarixi zamanda məhv etməyə yönəlmişdi.

1918-ci ilin martındakı etnik təmizləmə həm də Bakı uğrunda çarpışma idi. Ruslar, ermənilər və britaniyalılar Bakını Azərbaycan xalqının, onun ölkəsinin bir parçası kimi tanımırdılar. Bu düşüncənin arxasındakı ən böyük səbəb yəqin ki, şəhər və onun ətrafındakı neft mədənləri idi. Bu, yerli xalqa buraxılacaq bir sərvət sayılmırdı.

Məhz buna görə də bolşeviklərin erməni başçısı Stepan Şaumyan demişdi: "Müsavat muxtar Azərbaycan istəyir, lakin onun qisməti kütləvi xarabalıqlar olacaq".

Bura Bakı xanlığının paytaxtı, ucqar bir liman idi. Bakısız Azərbaycan üçün gələcək yox idi. Başqa sözlərlə 1918-ci ilin mart ayında bu etnik təmizləmə müstəqil Azərbaycanın qarşısını almaq üçün törədilmişdi.

Bununla yanaşı Mart günləri başqa bir səbəbdən də yad edilməlidir. Hər bir xalqın tarixində mühüm anlar olur. Bu onları dönüş nöqtəsi və ya məhək daşı adlandırırıq. Belə anlar güclü hisslər və emosiyalar yarada bilir. Bunlar bayram günləri də, matəm günləri də ola bilər, lakin onları bir xüsusiyyət birləşdirir: xalqa təsir gücü.

Belə anlarda fərdlər özlərini həmişə olduğundan daha çox bir vücudun, millətin üzvləri kimi hiss edirlər. Hərbi qələbələr, istiqlaliyyət günləri, birləşmələr adətən bayram kimi qeyd edilir. Buna misal olaraq Birtləşmiş Ştatların Britaniyadan müstəqillik qazandığı, yarım əsrlik parçalanmadan sonra Almaniyanın birləşdiyi və Müttəfiqlərin nasist Almaniyası və onun müttəfiqləri üzərində qələbə qazandıqları günləri göstərmək olar.

Kədərli dönüş məqamları da çox mühümdür və onlar hər bir ölkədə qeyd edilir. 1941-ci ildə yaponların Pearl Harbor körfəzinə qəfil hücumu amerikalıları, minlərlə insanın həyatına son qoymuş Holodomor (1932-1933-cü ildə süni yaradılmış qıtlıq nəticəsində baş vermiş aclıq) ukraynalıları birləşdirən ağır məqamlar olmuşdur.

1915-ci ildə Qalipoli və Dardanelin müdafiəsi zamanı ölənlərin kədəri də türkləri beləcə birləşdirir. Belə anlar dönüş nöqtəsi və ya məhək daşı sayılır, çünki onlar insanların bir-birlərini bir ailə kimi görməsinə imkan verir.

Belə günlər kütlələr arasında milli şüuru artırır.

"Azərbaycanlıların Pearl Harboru"

1918-ci ilin martı Azərbaycan xalqı üçün dönüş nöqtəsi olub. Bu, azərbaycanlıların Pearl Harboru, Holodomoru, və ya Dardanelidir. Bu, Azərbaycan xalqının oyanışı və silkənişi zamanıdır.

Məhz bu səbəbdən də həmin ilin sentybarında ilk Azərbaycan parlamentinin üzərində üçrəngli bayraq qaldırılanda, onu bütün xalq salamlamışdı. Parlament açılanda onun qonşuluğundakı Müsəlman Xeyriyyə Cəmiyyətinin (Azərbaycan Elmlər Akademiyası) və "Kaspi" qəzetlərinin binaları xarabalıq idi, çünki ötən mart ayında yandırılmışdı.

İlk parlament açılanda evlərindən çıxan minlərlə azərbaycanlı bombardman edilmiş Təzəpir məsçidinin yanından keçib Milli Məclisin binası qarşısında şənliyə qoşuldu.

Bu, azərbaycanlıların 5 ay əvvəl mart günlərində məruz qaldıqları iztirabın sevincli sonluğu idi. Kütləvi qırğın, dağıntı və didərginlik milləti birləşdirmişdi.

Məhz buna görə də 1918-1919-cu ilin sonrakı aylarında Qarabağ münaqişəsi başlayanda Lənkərandan, Qubadan, Gəncədən Bakıyadək bütün xalq parlament və milli hökumətin arxasında fəxrlə birləşmişdi.

 

no comment