İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa səfiri: “Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” qəbuledilməzdir”

Fransa səfiri: “Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” qəbuledilməzdir”

31.03.2015

 “Fransa Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır. Biz prezidentlərin Paris görüşündən və göstərilən səylərdən sonra vəziyyətin pisləşməməsi üçün əlimizdən gələni əsirgəmirik”.

APA-nın məlumatına görə, bunu “Armenpress”ə müsahibəsində Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye deyib.

O bildirib ki, nizamlanma prosesinə şəxsən Fransa prezidenti Fransua Ollandcəlb olunub.

“Əminik ki, razılaşdırılmış qərarlar və qlobal saziş kontekstində 3 əsas Madrid prinsipinə əməl olunmalıdır. Status-kvo qəbuledilməzdir”, - deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri problemin nizamlanması yollarını yalnız münaqişə tərəfləri və regionda marağı olan digər dövlətlərin nümayəndələri ilə görüşlərin nəticəsi kimi görürlər: “Rusiya və ABŞ-la birlikdə vasitəçilik missiyamızı davam etdiririk. Lakin Ermənistan prezidenti Serj Sarkisyanın Avronest sammitində bəyan etdiyi kimi münaqişənin həllinin açarı İrəvan və Bakıdadır. Biz yalnız vasitəçiyik”.