İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

06.04.2015

Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparacaqlar.

Trend bu barədə “RİA Nosoti”yə istinadən xəbər verir.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 7-8-də Moskvaya rəsmi səfər edəcək.

Rusiya XİN-in rəsmi saytında dərc olunan məlumata görə, səfər zamanı XİN başçıları iktərəfli əməkdaşlığa dair aktual məsələləri, beynəlxalq gündəlikdə olan məsələləri, xarici siyasətdə, o cümlədən BMT, ATƏT, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq tədbirlər çərçivəsində koordinasiya məsələlərini də müzakirə edəcəklər.

Məlumatda qeyd olunur ki, “Moskva və İrəvan arasında əsas qlobal və regional mövzulara dair səmərəli əməkdaşlıq formalaşıb, əksər məsələlərdə mövqelər ya yaxındır, ya da üst-üstə düşür”.