İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Uorlik: “Ümid edirik ki, tərəflər qarşıdan gələn bayramlar, anma mərasimləri və regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”

Uorlik: “Ümid edirik ki, tərəflər qarşıdan gələn bayramlar, anma mərasimləri və regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”

07.04.2015

“Biz ümid edirik ki, tərəflər qarşıdan gələn bayramlar, anma mərasimləri və regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya açıqlamasında deyib.

Diplomat bildirib ki, hər iki ölkə prezidenti təmas xəttində və ya Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlara başlamayacaqları ilə bağlı onları əmin edib: “Hələ ki, bizim bu öhdəliyi yoxlamaq və ya nəzarət etmək üçün vasitələrimiz yoxdur, lakin stabillik danışıqlar üçün daha müsbət dinamika yarada bilər. Biz prezidentlərin növbəti görüşünün bu ilin sonuna kimi keçirilməsini gözləyirik. Prezidentlərin müzakirə çərçivəsini müəyyənləşdirmək və regiona növbəti səfərimizin tarixini təyin etmək üçün hər iki xarici işlər naziri ilə görüş imkanlarını araşdırırıq”.