İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sergey Lavrov: “Ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək”

Sergey Lavrov: “Ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək”

08.04.2015

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

S. Lavrov görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr aparıldığını açıqlayıb.

O, Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həll olunmasında səylərini bundan sonra da davam etdirəcəyini deyib.  

Ermənistan XİN rəhbəri isə Rusiyanın münaqişənin həlli ilə bağlı böyük səylər  göstərdiyini bildirib, buna görə təşəkkür edib.

O, həmçinin Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllində səylərini davam etdirdiyini açıqlayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin qızğın fazaya keçməyəcəyinə ümid edir: “Biz ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək. Rusiya həmsədr ölkə kimi münaqişənin həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcək. Rusiyanın münaqişənin nizamlanması yönündə fəaliyyəti hər iki tərəfdən qəbul olunan həllin tapılmasına istiqamətlənib. Həmsədrlər regiona tez-tez səfərlər edirlər, prezidentlərlə görüşürlər. Biz əlimizdən gələni edirik ki, heç kimin maraqlı olmadığı bu münaqişə həllini tapsın”.