İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ann Brassör: “Dağlıq Qarabağ məsələsi doğrudan da Avropanı narahat edir”

Ann Brassör: “Dağlıq Qarabağ məsələsi doğrudan da Avropanı narahat edir”

13.04.2015

“Dağlıq Qarabağməsələsi doğrudan da Avropanı narahat edir”.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İrəvandaAvropa Şurasının Parlament Assambleyasının rəhbəri Ann Brassör çıxış edib.

“Qarabağ hamımız narahat etməlidir. Çünki bu məsələ 47 dövlətdən ibarət Avropa ailəsinin vətəndaşlarına aiddir. Dialoq problemin həllinin tapılacağı yeganə çıxış yoludur. Zorakılıq heç vaxt cavab qismində çıxış etməməlidir”, - deyə o vurğulayıb.

AŞPA-nın münaqişənin nizamlanmasına töhfə vermək məqsədilə məruzə hazırlayacağını deyən A. Brassör bildirib ki, müvafiq sənədin ATƏT-in Minsk qrupunun davam etdirdiyi prosesə müdaxiləsi olmayacaq.

AŞPA rəhbəri qeyd edib ki, məruzənin balanslı olması üçün Ermənistanın AŞPA-dakı nümayəndə heyəti prosesdə iştirak etməlidir.

Qeyd edək ki, İrəvana səfər çərçivəsində A. Brassör Ermənistan prezidenti, xarici işlər naziri, parlament sədri və baş nazirlə görüşəcək.