İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Jandos Asanov: Dağlıq Qarabağ münaqişəsi bölgədə hərbi iştirakın artmasına yol açır

Jandos Asanov: Dağlıq Qarabağ münaqişəsi bölgədə hərbi iştirakın artmasına yol açır

15.04.2015

Dağlıq Qarabağ münaqişəsi regionda gərginlik yaradır və bölgədə hərbi iştirakın artmasına yol açır. Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Parlamentində TürkPA-nın fəaliyyəti barədə hesabat verən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunarkən deyib.

O, qeyd edib ki, 1 milyondan çox qaçqın və məcburi köçkünün olması hər bir dövlət üçün çox ağır məsələdir.

J.Asanovun sözlərinə görə, TürkPA bütün rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb: “Hesab edirik ki, münaqişənin həlli regionun sabit və davamlı inkişafı üçün böyük imkanlar yaradacaq”.