İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Cəmil Çiçək: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə ikili standartlı münasibəti davam edir”

Cəmil Çiçək: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə ikili standartlı münasibəti davam edir”

15.04.2015

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz bütün platformalardaDağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacibliyini dilə gətiririk”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Moskvada keçirdiyi mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

APA-nın Moskva müxbirinin “Rusiya tərəfi ilə keçirdiyiniz görüşlərdə Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi məsələsini müzakirə etdinizmi” sualına cavabında Türkiyə parlamentinin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürək açan olmadığını bildirib: “Təəssüflər olsun ki,ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç nə edə bilmir. Dağlıq Qarabağmünaqişəsi uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı bu münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşüb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu münaqişəyə ikili standartlı münasibəti davam edir”.

C. Çiçək Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Cənubi Qafqaz regionunda təhlükəsizliyə nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb: “Bu münaqişə həll edilmədikcə Cənubi Qafqaz regionunda təhlükəsizlik riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir”.