İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə partiyaları Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat qəbul edib

Türkiyə partiyaları Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat qəbul edib

17.04.2015

Türkiyə Böyük Millət Məclisində təmsil olunan üç əsas partiya – hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat qəbul ediblər.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: “BizAvropa Parlamentində hüquqi qüvvəsi olmayan qətnamənin qəbul olunmasını böyük təəssüf hissi ilə qarşıladıq. Qətnamənin müharibələr və münaqişələrin əvəzinə sülh, dözümlülük və birgə gələcəyin yaradılması ideyasına zidd olan qərəzli yanaşmasını qətiyyətlə pisləyirik.

Avropa Parlamenti tarixçilərin və beynəlxalq məhkəmələrin vəzifəsini mənimsəyərək Türkiyəni soyqırımı kimi ciddi cinayətdə ittiham edib. Bu hal qəbuledilməzdir”.  

Sənəddə qeyd edilib ki, Birinci Dünya Müharibəsi Avropa Parlamentinin qətnaməsində göstərildiyi kimi, yalnız ermənilər üçün yox, ümumilikdə, bütün Osmanlı İmperiyası üçün faciəli bir dövr olub. 

Avropa Parlamenti bizim çağırışlarımıza rəğmən, məsələnin qərəzsiz və hərtərəfli araşdırılmasından boyun qaçıran Ermənistan tərəfini dialoqa çağırmaq əvəzinə, iki cəmiyyət arasında uçurumu daha da dərinləşdirir. 

Qeyd edək ki, aprelin 15-də Avropa Parlamenti “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Qətnamə Türkiyəni “erməni soyqırımı”nı  tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırır.