İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: "Ermənistan rəhbərliyi ilə danışıqlara daim hazırıq, lakin, öncə Qarabağ problemi həll olunmalıdır"

Ərdoğan:

19.04.2015

“Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Türkiyə dəfələrlə Ermənistana əl uzadıb, xoş niyyətlərini ortaya qoyub. Qapılar Ermənistanın üzünə hələ də açıqdır. Qondarma erməni soyqırımı iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşlərə, danışıqlara daim hazırıq. Lakin, öncə Qarabağ problemi həll olunmalıdır”.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Kocaelidə Bilik Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

Qondarma “erməni soyqırımı” ilə bağlı Roma Papası I Fransiskin sözlərini vəAvropa Parlamentinin qətnaməsini kəskin tənqid edən Ərdoğan bütün dünyaya, xüsusi ilə də Ermənistana səslənib: “Bu məsələni tarixi təməlindən qopararaq siyasiləşdirmək ən çox ermənilərə zərər verir. Biz belə qərarlar verənlərin əsil məqsədinin ermənilərin haqqını, hüququnu qorumaq olmadığını yaxşı bilirik. Ermənilərlə yaxından-uzaqdan əlaqəsi olmayanların belə açıqlama verməyə haqqı çatırmı? Hazırda mənim ölkəmdə 40 minə yaxın Türkiyə vətəndaşı olan erməni var.  Bundan başqa, Ermənistandan qaçaraq Türkiyədə sığınacaq alan ermənilər də var. Biz onlara zülm etdikmi? Biz onları sıxışdırırıqmı? Siz bunları görmürsünüzmü, vicdansızlar? Siz necə belə bəyanatlar verə bilirsiniz? Siz necə bunu edə bilirsiniz?”

Türkiyənin vəfalı ölkə olduğunu vurğulayan Ərdoğan, dost dövlətlərə yardımçı olmaq və fayda vermək kimi məsələlərdə dünyada Türkiyə ilə müqayisə edilə biləcək az ölkənin olduğunu qeyd edib. Ərdoğan bir daha Ermənistanı bu fürsətdən faydalanmağa çağırıb: “Gəlin bu boş cəhdlərinizi bir kənara qoyun. Avropa Birliyi Parlamenti “arxivlərinizi açın” deyir. Bizim arxivlər açıqdır. Biz 10 -15 ildir bunu söyləyirik. Ermənistanın arxivi varsa açsın. Başqa ölkələrin varsa, açsın.  Əlinizdəki sənədləri gətirin, ortaq bir komissiya yaradaq, məsələni hərtərəfli və obyektiv araşdırsınlar və dəyərləndirsinlər”.