İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Misir mətbuatı: “Erməni soyqırımı” haqqında iddialar anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür

Misir mətbuatı: “Erməni soyqırımı” haqqında iddialar anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür

19.04.2015

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinə dair kütləvi informasiya vasitələrinə verdiyi açıqlama Misir mətbuatında geniş işıqlandırılıb.

Misirin xəbər portalları qeyd edirlər ki, Əli Həsənov bu qətnamənin qəbul edilməsinin hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartların və islamofob əhval-ruhiyyənin hökm sürdüyünün göstəricisi olduğunu vurğulayıb: “Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real yükü olan heç bir qərar qəbul etməyiblər”.

Misir mətbuatı yazır ki, Azərbaycan Prezidentinin köməkçisi “erməni soyqırımı” haqqında iddiaların subyektiv mülahizələrə söykəndiyinə, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürü olduğuna diqqət çəkib.

http://azertag.az/xeber/847894