İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞPA-da qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgidə “soyqırımı” ifadəsinin işlədilməsinə icazə verilməyib

AŞPA-da qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgidə “soyqırımı” ifadəsinin işlədilməsinə icazə verilməyib

20.04.2015

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Ermənistan nümayəndə heyətiAŞPA-nın iclas keçirilən zalının qarşısında qondarma “erməni soyqırımının” 100 illiyinə həsr olunmuş sərgi təşkil edib.

APA-nın Avropa müxbiri xəbər verir ki, sərgidə 100 il əvvəl baş vermiş hadisələr zamanı xarici mətbuatda əks olunan yazı və fotolar əksini tapıb.

Lakin sərginin rəsmi stendində “soyqırımı” ifadəsi işlədilməyib, hadisələr qətliam kimi xarakterizə olunub.

“Soyqırımı” ifadəsinin işlədilməsinə AŞPA rəhbərliyinin icazə vermədiyi bildirilir.