İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞPA-da Ermənistan heyətinə sərt cavab verildi

AŞPA-da Ermənistan heyətinə sərt cavab verildi

21.04.2015

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyəti üzvləri çıxışlar edərək Azərbaycan və Türkiyə əleihinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlar ediblər.

Trend-in məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Ermənistan heyətinə sərt cavab verərək "işğalçı, Xocalı Soyqırımını törədən bir ölkənin təmsilçisi olaraq sizin bu Assambleyada çıxış etmək haqqınız yoxdur" deyib: "Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvləri bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr edərək yanlış, qərəz dolu məlumat və fikirlər səsləndirdilər. Qonşusunun - Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin - Ermənistan təmsilçilərinin bu assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcbiri köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkillərinin Avropa Şurası Parlament Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin - 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur. Bu çox gülünc görünür. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə, öz ölkələrindəki vəziyyətdən danışaydılar. Onların Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara son qoymurlar".

Q.Paşayeva çıxışında AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb: "Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Amma heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib, amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münasibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və haqları işğalçı Ermənistan tərəfindən tapdanmaqda davam edən azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar. 23 il əvvəl bütün dünyanın gözü qarşısında Azərbaycanın Xocalı şəhərində insanlara qarşı amansız bir soyqırım həyata keçirən Ermənistan dövlətinin təmsilçilərinin burada soyqırımdan danışmaq kimi mənəvi haqqı yoxdur".

Q.Paşayeva çıxışında daha sonra deyib: "Biz Avropa Parlamentinin son qərarına da etirazımızı bildiririk. Ermənistanın işğalçılığına etinasız qalmaq beynəlxalq hüququn, insan haqlarının pozulmasına laqeyd qalmaq deməkdir. Biz Assambleyanı bu məsələlərə həssas yanaşmağa və qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməyə çağırırıq. Biz son bir neçə sessiyadır burada Rusiya nümayəndə heyətinin səsvermə hüququ ilə bağlı məsələləri müzakirə edirik. Nədən təşkilatımız 23 ildir Azərbaycan torpaqlarının 20 fazini işğalda saxlayan, AŞPA-nın bu istiqamətdə qətnamələrinə məhəl qoymayan Ermənistan heyətinin səsvermə hüququ ilə bağlı məsələləri də müzakirəyə çıxarmır? 23 ildir öz evinə dönə bilməyən 100-minlərlə qaçqın və məcburi köçkün sizdən dəstək gözləyir".