İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ağ Ev: Barak Obama “soyqırım” ifadəsi işlətməyəcək

Ağ Ev: Barak Obama “soyqırım” ifadəsi işlətməyəcək

22.04.2015

ABŞ prezidenti Barak Obama 24 aprel müraciətində yenə “soyqırım” ifadəsindən istifadə etməyəcək. APA-nın xəbərinə görə, bu barədə “Associated Press”ə Ağ Evdən bildiriblər.

Türkiyənin “Hürriyet” qəzetinə açıqlama verən ABŞ hökumətindəki mənbə də B. Obamanın “soyqırım” yerinə, ötən illərdə olduğu kimi, böyük fəlakət mənasına gələn “meds yegern” ifadəsini işlədəcəyini deyib. O, regional ortaqlarla birgə işi davam etdirmək üçün bu mövqeyin doğru olduğuna inandıqlarını söyləyib: “Bu il fərqli bir dildən istifadə etməyimizi gözləyənlər olduğunu bilirik və onlara hörmətlə yanaşırıq. Lakin həm keçmişin fərqində olub, həm də hazırda insanların həyatını xilas etmək üçün regional ortaqlarımızla birgə işi davam etdirmək naminə ötən illərdə ortaya qoyduğumuz yanaşmanın doğru olduğuna inanırıq”. 

Qeyd edək ki, ABŞ-dakı erməni təşkilatları da B. Obamanın “soyqırım” deməyəcəyini açıqlayıblar və ABŞ-ı Türkiyəyə təslim olmaqda ittiham ediblər.