Mövzuya dair digər materiallar:
Ərazilərimizi işğal edən və öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb
Azərbaycan XİN münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır
Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
Serj Sarkisyan istefaya gedib
Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb
RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
24.04.2015
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentiBarak Obama uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar verdiyi bəyanatda bildirib.
“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”, deyə Barak Obamanın bəyanatında qeyd olunub.
Qeyd edək ki, ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib.
Barak Obama bəyanatında Amerika və erməni xalqları arasında olan birliyini xüsusi qeyd edib: “Adi amerikalılar əziyyət çəkən erməni uşaqlarına yardım məqsədilə milyonlarla dollar toplayıblar, Konqres isə ilk beynəlxalq humanitar təşkilat olmuş Yaxın Şərqdə yardımın göstərilməsi üzrə təşkilat təsis edib. Minlərlə erməni ABŞ-da yeni həyata başlayıb və burada Amerika ictimaiyyətinin təməllərindən birinə çevrilmiş güclü diaspora qurub”.
Obama Osmanlı imperiyasında 1915-ci il hadisələrin 100 illiyinin “kədərli məqam” olduğunu bildirib: “Bu, tarixi yaddaşın əhəmiyyəti barədə düşünmək və həmçinin keçmişdə baş vermiş faktların etirafının çətin olsa da mühüm olmasına dair bizim hamımıza bir çağırışdır”, deyə o bildirib.
“ABŞ prezidenti tarixin bu qaranlıq səhifəsini işıqlandırmağa çalışan Roma Papası Fransiskin, türk və erməni tarixçilərinin mövqelərini alqışlayır”, deyə bəyanatda bildirilib.