İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əhməd Davudoğlu: “Rusiya və Fransa prezidentlərinin Ermənistandakı tədbirə qatılması ATƏT-in Minsk Qrupunun tərəfsizliyinə kölgə salır”

Əhməd Davudoğlu: “Rusiya və Fransa prezidentlərinin Ermənistandakı tədbirə qatılması ATƏT-in Minsk Qrupunun tərəfsizliyinə kölgə salır”

24.04.2015

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin ermənilərə müraciətində “soyqırım” ifadəsindən istifadə etməsinə münasibət bildirib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu məsələni müzakirə etdiyini deyib: “Lazımi diplomatik addımlar atılacaq”.

Ə. Davudoğlu Rusiya və Fransa prezidentlərinin Ermənistandakı tədbirlərə qatılmasının ATƏT-in Minsk Qrupunun tərəfsizliyinə kölgə saldığını söyləyib: “Türkiyədəki tədbirə neçə dövlət başçısı qatılır, Ermənistandakı tədbirə neçəsi qatılır, baxın. Onların tədbiri nifrət, öfkə, bizim tədbirimiz isə sülh zirvəsidir”.