İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə prezidenti: “Yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından Çanaqqalanın bütün xalqlara örnək olmasını istəyirik”

Türkiyə prezidenti: “Yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından Çanaqqalanın bütün xalqlara örnək olmasını istəyirik”

24.04.2015

“100 il əvvəl Gelibolu yarımadasında vətənlərini, şərəflərini qoruyan əsgərlərimiz gözlərini qırpmadan ölümün üzərinə getdilər. Dünyanın dörd yanından gələn əsgərlər də öz xəyalları və hədəfləri üçün əzm və cəsarətlə savaşdılar. Hamısını hörmətlə yad edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, Çanaqqala savaşı bu savaşda iştirak etməyən xalqların da taleyinə təsir etdi: “Bu savaşın dolayı təsir etdiyi xalqların təmsilçiləri də bu mərasimdə yer alır. Birinci Dünya Savaşının sarsıdıcı izləri hələ də qalmaqdadır. Bütün dünyaya barış mesajı vermək üçün Çanaqqalanın, Gelibolunun çox münasib yer olduğunu düşünürəm. Çünki bu savaşın özündə də humanist mesajlar olub”.

Türkiyə prezidenti bildirib ki, 100 il əvvəl Geliboluda yaşanan savaş xalqların ortaq hafizəsində yer alıb: “Çanaqqala qələbəmizin simvolu olduğu qədər də böyük itkilərimizin olduğu bir məkandır. Ona görə də Çanaqqala ilə bağlı türkülər bu gün də yaşamaqdadır. Bu savaşda torpağa yüz minlərlə gəncin arzuları gömüldü. Bu savaşdakı gənclər əsgər olmaqla bərabər, həm də insan idilər, qarşılarındakıları həm də insan kimi gördülər. Əlində anasının şəkli olan yaralı fransız əsgərinə yardım edən əsgərimiz deyib ki, mənim anam yoxdur, onu gözləyən bir anası var. Çanaqqala savaşında çox belə səhnələr yaşanıb. Gözlərimiz yaşarmadan bu hadisələri dinləmək mümkün deyil. Bizim vəzifəmiz yeni savaşların yaşanmaması, gənclərin arzuları yerinə yetmədən məzara gömülmədən üzərimizə düşən vəzifəni yerinə yetirməkdir. Mən burada hər birimiz adından sülhün bütün dünyaya hakim olması üçün çalışmaq yönündə qərarlı olduğumuzu bir daha bəyan edirəm”.

R. T. Ərdoğan Çanaqqala savaşında iştirak etmiş Mustafa Kamal Atatürkün sözlərini xatırladıb: “Atatürk deyib ki, bura bizimlə döyüşməyə gələnlər canlarını verdikdən sonra bizim övladlarımızdırlar. Yeni nəsillərə düşən vəzifə dostluq, sülh mesajına sahib çıxmaqdır. Yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından Çanaqqalanın bütün xalqlara örnək olmasını istəyirik. Terrorizmin, irqçiliyin, islamafobiyanın çarəsi buradadır. Biz bu yüz ili barış yüz ilinə döndərmək üçün hər cür əməkdaşlığa hazırıq. Çanaqqalada savaşmış hər bir millətdən bütün qəhrəmanların önündə sayğı ilə baş əyirəm”.