İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə prezidenti: “Ermənilərə dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri təmizləməyə çağırıram"

Türkiyə prezidenti: “Ermənilərə dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri təmizləməyə çağırıram

25.04.2015

“Ermənilərə dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri təmizləməyə çağırıram. Soyqırımı haqda danışacaq ən axırıncı ölkələr Almaniya, Rusiya və Fransadır. Ötən əsrdə Almaniyanın səbəb olduğu iki dünya müharibəsində baş verənlər göz önündədir”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə prezidenti İrəvanda qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirə 2 ölkə başçısının, lakin Çanaqqaladakı tədbirlərə 20 ölkənin prezidentinin qatıldığını bildirib: “Biz çox istəyərdik ki, Putin Ermənistana getməsin, Olland Ermənistana getməsin. İrəvanda iki, amma Çanaqqalada iyirmi prezident iştirak etdi. Avropa İttifaqı bizə ağıl öyrətməsin, bunu özünə saxlasın. Bizə deyirlər ki, arxivləri açın. Biz də 15 ildir ki, arxivlərimizi açmağa hazır olduğumuzu bəyan edirik. Bunların qulaqları var, eşitmir. Gözləri var, görmür. Dilləri var, həqiqətləri demir”.