İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfirlik: "Böyük Britaniya Ermənistana snayper tüfəngi satmayıb"

Səfirlik:

25.04.2015

Trend:

Böyük Britaniya ixracatda çox ciddi lisenziya siyasəti yürüdür və Dağlıq Qarabağ münaqişəsindəki tərəflərə silah satışı ilə bağlı ATƏT-in sanksiyalarını yerinə yetirir.

Bu barədə Trend-ə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyindən bildiriblər.

Ermənistan KİV-ində bu ölkənin xüsusi təyinatlıları tərəfindən “Accuracy International”a aid snayper tüfənglərinin istifadə olunması nümayiş etdirilib.

Bu məsələni şərh edərkən səfirlikdən vurğulayıblar ki, Britaniya Ermənistana snayper tüfəngi satmayıb. 2012-ci ildə Böyük Britaniyadan Fransaya ixrac lisenziyası üzrə 2 snayper tüfəngi satılıb, sonradan bu tüfənglər Fransadan Ermənistana ixrac olunub və silah sərgisində nümayiş etdirilib.

“Accuracy International” Birləşmiş Krallıqda odlu silah istehsalçısıdır. Şirkət “Accuracy International Arctic Warfare” markalı snayper tüfəngləri silsiləsinin istehsalı ilə məşhurdur.

Səfirlikdən əlavə ediblər ki, Ermənistan KİV-ində yayılan videodakı tüfənglər eyni modeldir, lakin onların sərgidəki tüfənglər olmasına dair bir sübut yoxdur.