İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BBC: Suriyalı erməni qaçqınlar Dağlıq Qarabağda yerləşdirilir

BBC: Suriyalı erməni qaçqınlar Dağlıq Qarabağda yerləşdirilir

27.04.2015

BBC-nin əməkdaşı Reda El Mavi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb.

APA-nın məlumatına görə, reportajda Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin Ermənistanın bəzi şəhərlərində, habelə işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilir.

Reportajda qeyd olunur ki, Suriya erməniləri Dağlıq Qarabağda müharibənin ağır şərtləri altında yaşamaq məcburiyyətindədirlər.