İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“The Washington Times”: ABŞ Ukrayna və Azərbaycandakı separatçılığa münasibətdə fərqli mövqe tutmamalıdır

“The Washington Times”: ABŞ Ukrayna və Azərbaycandakı separatçılığa münasibətdə fərqli mövqe tutmamalıdır

29.04.2015

ABŞ-ın “The Washington Times" qəzetində “ABŞ postsovet məkanındakı separatçı münaqişələrə münasibətdə ardıcıl olmalıdır” başlıqlı məqalə dərc edilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qəzet ABŞ-ı Ukrayna və Azərbaycandakı separatçılığa fərq qoymamağa çağırıb. Yazıda bildirilir ki,  ABŞ Ukraynanın ərazi bütövlüyünü şövqlə müdafiə etdiyi halda, nədənsə eyni münasibəti Qafqazdakı müttəfiqi Azərbaycana göstərmir: “Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozaraq Dağlıq Qarabağ və ətraf yeddi rayonda işğal və etnik təmizləmə ilə məşğuldur. Dağlıq Qarabağ və digər rayonlar tarixən Azərbaycan ərazisidir və beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edilib”.

Məqalədə qeyd edilir ki, beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişə BMT-nin qətnamələrinə uyğun həll edilməlidir. 

Yazıda deyilir ki, əgər beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasındakı, eləcə də Gürcüstandakı münaqişələrə daha ardıcıl münasibət bəsləsəydi, Ukraynadakı faciəvi hadisələrdən qaçmaq olardı.