İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsveç hökuməti parlamentin qondarma erməni “soyqırımı”nın tanınması barədə qərarını rədd edib

İsveç hökuməti parlamentin qondarma erməni “soyqırımı”nın tanınması barədə qərarını rədd edib

30.04.2015

İsveç hökuməti ölkə parlamentinin 2010-cu ildə qondarma erməni “soyqırımı”nın tanınması barədə qərarının araşdırma aparılmadan çıxarıldığına dair qərar verib.

APA-nın “Milliyet”ə istinadən xəbərinə görə, hökumətinin qərarında bildirilir ki, heç bir araşdırma aparılmadan bir ölkəni soyqırımı törətməkdə ittiham etmək mümkün deyil. Hökumət bununla bağlı müstəqil heyətin rəyinə əsasən qərar veriləcəyini açıqlayıb.

Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman bildirib ki, məsələ ilə bağlı tarixçilərin araşdırmasının nəticələrinə uyğun hərəkət ediləcək. Nazirliyin bu istiqamətdə fəaliyyətə başladığını deyən Erik Boman araşdırma başa çatmadan hər hansı qərar verilməyəcəyini vurğulayıb.

Hökumətin açıqlaması İsveçdəki erməni və süryani lobbilərini məyus edib. İsveç dövlət televiziyası olan SVT-yə açıqlama verən İsveç Süryani Federasiyasının rəhbəri Afram Yakub baş nazir Stefan Löfvenin ötən il sentyabrda seçim öncəsi vədlərini yerinə yetirmədiyini deyib. O, baş nazirin qondarma “soyqırımı” tədbirlərinə qatılmamasına təəssüf etdiyini bildirib.

Qeyd edək ki, parlamentin məlum qərarı 2010-cu ildə  müxalifətdə olan Sosial Demokrat və Yaşıllar partiyalarının birgə layihəsi əsasında 1 səs çoxluğu ilə qəbul edilib. İndiyədək qərarın icrası edilməməsi erməni və süryani lobbilərinin etirazına səbəb olub.