İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “İşğalın davam etməsi münasibətlərin normallaşdırılmasına əsas əngəldir

Azərbaycan prezidenti: “İşğalın davam etməsi münasibətlərin normallaşdırılmasına əsas əngəldir

02.05.2015

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına əsas əngəldir. Bu işğalın heç bir əsası yoxdur, nə tarixi, nə hüquqi, nə də siyası”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

“Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərində çıxarılmasına dair 4 qətnamə qəbul edib. Bundan 20 il keçməsinə baxmayaraq, bu qətnamələr kağız üzərində qalıb. Beləliklə, beynəlxalq hüquq və öz torpaqlarından didərgin düşən 1 milyondan artıq insanın hüquqları pozulub”, deyə Azərbaycan prezidenti bildirib.

Prezident İlham Əliyev həmçinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin uğurlu inkişafı, birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı sualları cavablandırıb.