İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İspaniya Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkiləri" legitim hesab etmir

İspaniya Dağlıq Qarabağda keçiriləcək qondarma

02.05.2015

İspaniya 3 may tarixində Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “parlament seçkiləri” legitim hesab etmir.

APA-nın məlumatına görə, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, bu seçkilərin heç bir etibarlılığı yoxdur: “Bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmayıb. İspaniya hökuməti bu fürsətdən istifadə edərək, hər iki tərəfi danışıqlarda hazırki status-kvoya son qoymağa və Dağlıq Qarabağmünaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərini əsas tutaraq regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqları davam etdirilməyə çağırır”.