İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Həmsədrlər və ABŞ Dövlət Departamentinin "Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi qəbuledilməzdir

Azərbaycan XİN: Həmsədrlər və ABŞ Dövlət Departamentinin

02.05.2015

“ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin özünə yer alması düzgün deyil və bu ifadə qəbuledilməzdir”.

Bunun Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını şərh edərkən deyib.

“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirliyin sözçüsü vurğulayıb.