İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Gürcüstan XİN: Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımırıq

Gürcüstan XİN: Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımırıq

04.05.2015

“Rəsmi Tbilisi AzərbaycanınDağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin nəticələrini tanımır”. APA-nın “agenda.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildiriblər ki, "parlament seçkiləri"nin legitim əsası yoxdur: “GürcüstanXarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir. İşğal olunmuş ərazilərdə keçirilən "seçkilər" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Gürcüstan XİN ümid edir ki, tərəflər Dağlıq Qarabağmünaqişəsinin tezliklə sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək".