İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa Parlamenti: "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi əsas prinsiplərə ziddir

Avropa Parlamenti:

11.05.2015

"Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığı"nın əsas prinsiplərinə ziddir".

Benilüks Azərbaycanlıları Konqresindən (BAK) APA-ya verilən məlumata görə, bu barədə Avropa Parlamentinin Şərq Tərəfdaşlığı və Rusiya bölməsinin beynəlxalq məsələlər şöbəsinin rəhbəri Filip Kamaris BAK sədri Sahil Qasımova ünvanladığı cavab məktubda deyilir.

F. Kamaris qeyd edib ki, Qarabağ münaqişəsi BMT-nin 4 müvafiq qətnaməsi vəATƏT-in Minsk qrupunun həmsədr ölkələri liderlərinin 2009-cu ildə Akvildə imzaladığı sənəddə göstərilən prinsiplər əsasında həll olunmalıdır.

Qeyd edək ki, Benilüks (Niderland, Belçika və Lüksemburq) ölkələrində yaşayan azərbaycanlılar adından Avropa Parlamenti deputatlarının aprel ayında "erməni soyqırımı" ilə bağlı imza atdıqları qətnaməyə etiraz olaraq qurum rəhbərliyinə etiraz məktubu göndərilib.