İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Məşhur fransız yazarın “Ermənistandakı qətliamlar və türklər” kitabı çapdan çıxıb

Məşhur fransız yazarın “Ermənistandakı qətliamlar və türklər” kitabı çapdan çıxıb

14.05.2015

P. Lotinin “erməni soyqırımı” iddialarına qarşı yazdığı və 1918-ci ildə Parisdəki “Calman Levy” nəşriyyatı tərəfindən çap edilmiş əsəri “Kaynak” nəşriyyatı tərəfindən türk, fransız və ingilis dillərində təkrar nəşr olunub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, uzun müddət Türkiyədə yaşamış və ölkəni yaxşı  tanıyan məşhur yazar P. Loti qeyd edib ki, Rusiyanın və Qərb ölkələrinin verdikləri vədlərlə dünya müharibəsində savaşan Osmanlı İmperiyasına qarşı üsyana qalxmış ermənilərin bu hərəkətlərini dünyadakı heç bir dövlət cəzasız qoymazdı. O, Anadoludakı bütün qətliamların ermənilər tərəfindən başladıldığına diqqət çəkib.

Kitaba ön söz yazan Türkiyənin tanınmış diplomatı, keçmiş millət vəkili Onur Öymən bildirib ki, 1918-ci ildə çap edilmiş bu əsərin maraqlı tərəflərindən biri erməniləri tənqid edən bəzi hissələrin o vaxt Parisdəki nəşriyyat tərəfindən senzuraya məruz qoyulmasıdır: “Kitabın 19-20-ci səhifələrində “senzura edilmişdir” sözlərinə yer verilib. Kitabın senzuraya məruz qoyulması o dövrdə Fransada və Avropanın başqa ölkələrində erməni tərəfdarı və Türkiyə əleyhdarı meyllərin sübutlarından biridir”.

O. Öymən deyib deyib ki, bu kitab “erməni məsələsi”nin düzgün dərk edilməsində önəmli mənbələrdən biridir: “Kitabın tezliklə Azərbaycanda çap edilməsini və “soyqırım” böhtanlarına qarşı müştərək mübarizəmizdə Azərbaycanlı qardaşlarımızın bu mənbədən səmərəli şəkildə istifadə etməsini diləyirəm. Diqqət mərkəzində saxlamağımız lazım olan başqa bir məsələ isə türk diplomatlarını qətlə yetirmiş ASALA terror təşkilatının terrorçularına Ermənistanda abidə qoyulması məsələsidir. Dünyanın harasında görünüb ki, terrorçuya abidə qoyulsun? Türkiyə və Azərbaycan bu məsələni də daima dünyanın gündəmində saxlamalıdır”.

Qeyd edək ki, 1850-1923-cü illərdə yaşamış P. Loti ilk dəfə Fransa ordusunun zabiti  kimi 1876-cı ildə Türkiyəyə gəlib. Müəyyən fasilələrlə uzun müddət Türkiyədə yaşamış P. Lotinin yazdığı 20 kitabdan 15-i Türkiyəyə həsr edilib. Qərb mətbuatı XX əsrin əvvəllərində Osmanlı İmperiyasında ermənilərin  yaşadığı bəzi bölgələri “Ermənistan” adlandırdığına görə, P. Loti də 1918-ci ildə Fransada çıxan kitabında coğrafi termin kimi eyni sözü işlətmək məcburiyyətində qalıb.