İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” şərh edib

Çin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” şərh edib

14.05.2015

AZƏRTAC:

Çin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun həllinə tərəfdardır.

Bu fikri Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Xua Çinyin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi qondarma “parlament seçkiləri”ni şərh edərkən deyib. O, ölkəsinin məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini bir daha bəyan edib.