İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransalı senatorlardan bu ölkənin bir neçə şəhəri ilə qondarma “Dağlıq Qarabağ respublikası” arasında “xartiya” imzalanmasına kəskin etiraz

Fransalı senatorlardan bu ölkənin bir neçə şəhəri ilə qondarma “Dağlıq Qarabağ respublikası” arasında “xartiya” imzalanmasına kəskin etiraz

19.05.2015

Fransa Senatının bir qrup üzvü bu ölkənin bir neçə şəhəri ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni elan edilmiş qondarma “Dağlıq Qarabağ respublikası” arasında “dostluq və qardaşlaşma xartiyası”nın imzalanmasına kəskin etiraz edib.

AZƏRTAC xəbər verir ki, senatorlar yaydıqları bəyanatda dünya birliyi tərəfindən Krım və Donbas hadisələrinə etiraz edildiyi bir vaxtda belə bir “xartiya”nın imzalanmasının düzgün olmadığını bildiriblər.

Bəyanatda vurğulanıb ki, Ermənistanın işğalı altında olan qondarma “Dağlıq Qarabağ respublika”sı dünyanın heç bir ölkəsi, hətta rəsmi Yerevanın özü tərəfindən tanınmır. Məhz buna görə belə “xartiya”nın imzalanması yolverilməzdir.

Bəyanatda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın sülh prosesinin bərpası ilə məşğul olduğu bir vaxtda belə ikili standartlar kimə lazımdır?”

Bəyanatı Natali Qule, Andrey Rişar, Jan–Mari Bokel, Silvi Qo-Şaven, Kristian Nami və digər senatorlar imzalayıblar.