İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil ola bilməz"

21.05.2015

Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil ola bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Səfir bildirib: "Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var, ərazimizin 20 faizi işğal edilib. Belə ərazi münaqişəsinə malik olmaqla, eyni ittifaqda təcavüzkar ölkə ilə ola və onunla hansısa məsələləri həll edə bilmərik".

P.Bülbüloğlunun sözlərinə görə, bu məsələ Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra gündəmə gətirilə bilər.