İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası növbəti dəfə Xocalı qətliamına dair bəyanat qəbul etdi

ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası növbəti dəfə Xocalı qətliamına dair bəyanat qəbul etdi

22.05.2015

Konnektikut ştatı Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı bəyanat qəbul edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən xəbərə görə, bəyanatda 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və bir sıra dövlət Hökumətləri, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunur.

Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), Palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülmüş, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiq edilmişdir.

Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair Bəyanat qəbul edir.