İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Erməni diasporunun Parisdə Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal baş verib - VİDEO

Erməni diasporunun Parisdə Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal baş verib - VİDEO

26.05.2015

Fransanın paytaxtı Paris şəhərində erməni diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, tədbir şəhərin 5-ci region bələdiyyəsinin binasında təşkil olunub. Tədbirdə çıxış edən radikal milliyyətçi və irqçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalına haqq qazandırmağa çalışıblar. Bu zaman Azərbaycan vətəndaşı olan bir qadının işğalla bağlı sualı onların xoşuna gəlməyib. Ermənilər sərt şəkildə etirazlarını bildiriblər.

Azərbaycanlı qadının tədbir iştirakçılarına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğuna dair Birləşmiş Millətlər Təşkilatının qətnamələr qəbul etdiyini, həmin sənədlərdə Ermənistanın işğal etdiyi əraziləri tərk etməsinin vacibliyinin qeyd olunduğunu xatırlatması qarşı tərəfin qəzəbinə səbəb olub. Qadının suallarını cavablandıra bilməyən erməni tarixçi Kloud Mutafyan ona sərt şəkildə etirazını bildirib və tədbirdə mübahisə yaranıb. 

no comment