İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: “Erməni xalqı onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərini tərk etsin”

MN: “Erməni xalqı onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərini tərk etsin”

26.05.2015

“Ermənistan müdafiə naziri Seyran Ohanyanın mayın 25-də parlamentdəki brifinqdə çıxışı zamanı Dağlıq Qarabağmünaqişəsi və cəbhədəki vəziyyətə dair səsləndirdiyi fikirlər onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir”.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər:

“Deyəsən Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”.

Müdafiə Nazirliyinin cavabında qeyd olunub ki, əks halda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında işğalçıya cavab vermək hüququnu özündə saxlamaqla, düşmənin istənilən təxribatının qarşısını daha üstün qüvvə ilə dərhal alacaq və onu məhv edəcək.