İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Con Kerri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir"

Con Kerri:

27.05.2015

ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, dövlət katibi təbrik məktubunda Azərbaycan xalqının 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdığını qeyd edib: “Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi bərpa etdikdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir”.

Dövlət katibi ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.

Con Kerri həmçinin Vaşinqton və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlıq etdiyini qeyd edib.

Con Kerri həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin təmin olunmasında səylərini davam etdirdiyini qeyd edib.