İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: "Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edə bilmişik"

Prezident İlham Əliyev:

27.05.2015

"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün kifayət qədər hüququ baza var".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

“Birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər apardığımız siyasət nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edə bilmişik. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və biz BMT-yə üzv olduqda bütün dünya tərəfindən siyasi müstəvidəDağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi, parçası kimi qəbul edilib.

Üçuncüsü, əlbəttə ki, bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz səviyyədədir.

Dördüncüsü isə iqtisadi faktordur. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından  ən azı 10 dəfə böyükdür və güclüdür”, - deyə dövlət başçısı vurğulayıb.  

Prezident bir daha xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edilib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxmalıdır. Ermənistan bunu təhrif etməyə nə qədər çalışsa da, mümkün deyil, çünki bu yazılıb və dərc edilib”.

Dövlət başçısı qeyd edib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.

no comment